AZ

Türkiyə lirəni xilas etmək üçün bu yola əl atdı

Bizim media saytına istinadən ain.az xəbər verir.

Türkiyə iqtisadiyyatında gərginlik artır, ölkənin Mərkəzi Bankı valyuta bazarını sabitləşdirmək üçün ciddi addımlar atır.Bizim.Media xəbər verir ki, yayılan məlumatlara görə, Türkiyə Mərkəzi Bankı fevralın sonundan etibarən təxminən 118 ton qızıl (təxminən 18 milyard dollar) satıb.Məlumata əsasən, təkcə son bir həftə ərzində qızıl ehtiyatlarında 69 ton azalma qeydə alınıb. Bu isə ehtiyatların sürətlə əridiyini göstərir.Bildirilir ki, Ankara bu addımı lirənin kəskin ucuzlaşmasının qarşısını almaq məqsədilə atır.Regional gərginlik, xüsusilə İran ətrafında davam edən müharibə və qlobal enerji bazarındakı dalğalanmalar Türkiyə iqtisadiyyatına əlavə təzyiq yaradır.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
2
bizim.media

3Mənbələr