AZ

Yunis Hüseynov: Hakimlər haqda danışanda bizi cərimələyirlər

Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Turan Tovuz" Bizon Azərbaycan Kuboku yarımfinal mərhələsinin ilk oyununda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Zirə"yə 0:2 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin məşqçisi yunis Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər komanda kubok oyununda qalib gəlmək istəyir. Avrokuboklara getmək kubokdan daha rahatdır. 2-3 oyunda qələbə qazanandan sonra finala çıxırsan. Bu gün qalib gəlmək istəyirdik. Hələ cavab matçı var. Tam ciddi hazırlaşıb finala vəsiqə qazanmağa çalışacağıq. Bu gün öz səhvlərimizdən qollar buraxdıq. Rəqib əks-hücumda oynayırdı. Qarşıda "İmişli" ilə çətin çempionat oyunu var. Həmin görüşə hazırlaşacağıq. "Zirə" ilə cavab oyununda tam başqa futbol oynayacağıq.

- Ehtiram Quliyev hakimlik haqda sərt fikirlər səsləndirdi. Sizin fikriniz necədir?

- Hakimlər haqda danışmaq istəmirik. Danışanda bizi cərimələyirlər. Epizoda biz də baxdıq. Nə dərəcədə penalti olmadığını deyə bilmərəm. İkinci hissədə rəqib Roderik Millerin ayağını tapdaladı. Mənə elə gəlir ki, VAR epizoda baxmalı idi. Əliyar Ağayev görməyə bilər. Amma məncə, VAR baş hakimi monitora dəvət etməli idi.

- İbrahima Vadji nə vaxt qol vuracaq?

- Biz də istəyirik ki, qol vursun. İnşallah qarşıdakı matçlarda fərqlənər. Futbolçu elədir ki, bir qol vurandan sonra onda özünəinam artır. Vadji də bir qol vursa, davamı gələr.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
6
sportal.az

9Mənbələr