AZ

Bruno Fernandes – Premyer Liqada martın ən yaxşı oyunçusu! – ARENA.AZ

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

Portuqaliyalı futbolçu martda çempionat çərçivəsində 4 oyuna çıxıb. O, bu qarşılaşmalarda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Fernandes mükafat uğrunda mübarizədə Ceyms Qarner (“Everton”), Denni Uelbek (“Brayton”), Morqan Gibbs-Uayt (“Nottingem Forest”), Entoni Qordon (“Nyukasl”), Aleks İvobi (“Fulhem”) və David Rayanı (“Arsenal”) qabaqlayıb.

Bruno Fernandes karyerası ərzində 6-cı, cari mövsümdə isə ilk dəfə Premyer Liqada ayın ən yaxşı oyunçusu elan edilir.

Xatırladaq ki, Premyer Liqada cari mövsümün ilk mükafatçısı Cek Qriliş olub. Hazırda “Everton”da çıxış edən futbolçu avqustun ən yaxşısı elan edilmişdi. Sentyabrda “Mançester Siti”nin hücumçusu Erlinq Haland, oktyabrda “Mançester Yunayted”in forvardı Brayan Mbömo, dekabrda “Lids”də çıxış edən Dominik Kalvert-Lyuin, yanvarda İqor Tyaqo (“Brentford”), fevralda Antuan Semenyo (“Mançester Siti”) bu ada layiq görülmüşdü.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
16
4
arena.az

10Mənbələr