AZ

Hər divarın, hər küçənin qədrini bilək Xatirə Vəliyeva

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Bakı – təkcə paytaxtımız deyil, həm də mədəniyyətimizin, zövqümüzün və kimliyimizin aynasıdır.Təəssüf hissi ilə qeyd edirəm ki, şəhərin mərkəzində yerləşən Nizami Kinomərkəzinin divarına çəkilən qrafitilər şəhərimizin estetik görünüşünə qarşı edilən vandalizmdir"Demokrat.az xəbər verir ki, bu fikirləri Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva bildirib:"Üstəlik, söhbət adi bir divardan getmir – bu, tarixi memarlıq abidəsidir! Belə bir məkana qrafiti çəkmək, üstəlik xarici dillərdə nalayiq sözlər yazmaq açıq şəkildə həm tariximizə, həm də milli dəyərlərimizə qarşı hörmətsizlikdir. Bu cür davranışlar nə azadlıqdır, nə də özünüifadə – bu, sadəcə məsuliyyətsizlik və mədəniyyətsizlikdir.Daha düşündürücü olan isə odur ki, bu işdə məktəbli uşaqların da adı hallanır. Bu isə bir daha göstərir ki, ailə tərbiyəsi və valideyn məsuliyyəti cəmiyyətin gələcəyi üçün nə qədər vacibdir.Unutmamalıyıq: şəhər bizim ortaq evimizdir. Onu qorumaq, təmiz və səliqəli saxlamaq hər birimizin borcudur. Səssiz qalmaq bu cür halların artmasına səbəb olur.Gəlin, Bakımızın gözəlliyini birlikdə qoruyaq. Hər divarın, hər küçənin qədrini bilək. Çünki bu şəhər bizim kimliyimizdir.Bu şəhər bizimdir! Onu çirkləndirməyə, eybəcərləşdirməyə heç kimin haqqı yoxdur!Bu cür hərəkətlərə qarşı susmaq yox, açıq mövqe göstərmək lazımdır!Gəlin, Bakımızı qorumağı öyrənək və öyrədək"Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
demokrat.az

1Mənbələr