Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Sloveniyada keçirilən “Sailing Point Easter Regatta 2026” beynəlxalq yelkən yarışı davam edir.
İdman.Biz bildirir ki, Azərbaycan idmançılarının da mübarizə apardığı reqatanın 2-ci günü Portoroj akvatoriyasında əlverişli hava şəraiti və yüksək rəqabətlə yadda qalıb.
Sabit dəniz küləyi iştirakçılara 3 yarış keçirmək imkanı verib. Bununla da ümumi yarış sayı 6-ya çatıb və turnir cədvəlində liderlər qrupu formalaşmağa başlayıb.
“Sailing Point Easter Regatta 2026”nın 3-cü günündə də maraqlı və gərgin mübarizənin davam edəcəyi gözlənilir.
İdman.Biz




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.