“Bakı… Dünyanın ən gözəl şəhərlərindən biri. Tarixi, mədəniyyəti və təmizliyi ilə seçilən bir paytaxt… Amma bu gözəlliyin mərkəzində – incəsənət məkanının divarında çəkilən qrafiti sadəcə rəsm deyil. Bu, vandalizmdir, şəhərin ruhuna qarşı hörmətsizlikdir”.
Bizim.Media xəbər verir ki, bunu "Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" İctimai Birliyinin sədri Firəngiz Cəlilova sosial şəbəkə hesabındakı paylaşımında deyib.
“Bu hadisədə məktəbli qızların iştirakı isə bizi daha ciddi düşündürməlidir. Ailə tərbiyəsi və valideyn məsuliyyəti cəmiyyətin gələcəyini formalaşdıran əsas sütunlardır.
Bəli, qrafiti Avropanın bəzi şəhərlərində yayğındır. Amma çox vaxt bu “azadlıq” artıq şəhər estetikasını korlayan vizual çirklənməyə çevrilir.
Biz isə Bakı kimi gözəl şəhəri bu aqibətə aparmamalıyıq. Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz.
Müvafiq qurumlar tərəfindən ciddi və prinsipial tədbirlər görülməlidir. Susmayaq. Bu şəhər bizimdir. Onu qorumaq hər birimizin borcudur” – deyə F. Cəlilova qeyd edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta