AZ

Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? VİDEO

Azxeber.com portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ölkədə taksilərin icbari sığorta xərcləri yeni qaydada hesablanacaq.AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalar"ına dəyişiklik edilib. Dəyişikliyə əsasən, nəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan bir illik sığorta haqqı məbləğinin hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək.Sığorta müqaviləsi bağlanarkən qeyd edilən əmsal avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat mövcud olduğu halda tətbiq ediləcək. Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat müəyyən edilməsi mümkün olmadıqda və ya bu məlumat sığortalı tərəfindən sığortaçıya bəyan edilmədikdə sığorta haqqı məbləğinin hesablanması üçün 1 əmsal tətbiq olunacaq.

Avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat vermiş sığortalı ilə bağlanacaq növbəti sığorta müqaviləsində isə sığorta haqqı üzrə dürüstləşdirmə məbləği tətbiq ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
25
azxeber.com

10Mənbələr