AZ

“Addım addım Vətəndə”: Qələbənin 5 illiyinə həsr olunan teatr səfəri Qazaxda

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qazax, 4 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı “Addım-addım Vətəndə” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə tamaşa və tədbirlər keçirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin sayca yeddinci səfəri Qazax Dövlət Dram Teatrı ilə birgə Qazaxda həyata keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra aparıcı – Bakı Uşaq və Gənclər Teatrından Mehman Piriyev çıxış edərək, hər iki teatrın yaranma tarixi, repertuarı, iştirak etdiyi beynəlxalq və daxili festivallar haqqında məlumat verib.

Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri Əməkdar artist, rejissor, aktyor İntiqam Soltan və Qazax Dövlət Dram Teatrının direktoru Allahverdi Musayev çıxışlarında layihə haqqında danışıblar.

Proqramda Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında musiqi nömrəsi, “İşaxtaran qız” tamaşasından bir hissə, Bakı Uşaq və Gənclər Teatrının repertuarından “Sevgi Şimşəyi”, "Arvadım olun" tamaşasından səhnəciklər, Tofiq İsgəndərlinin təqdimatında illüziya nömrələri nümayiş olunub.

Tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrı tərəfindən Qazax Dövlət Dram Teatrına təşəkkürnamə təqdim edilib. Həmçinin Qazax Dövlət Dram Teatrı Bakı Uşaq və Gənclər Teatrına layihənin yüksək səviyyədə təşkilinə görə təşəkkürnamə verib.

Qeyd edək ki, layihə bundan əvvəl Lənkəranda Lənkəran Dövlət Dram Teatrı ilə, Qusarda Qusar Dövlət Ləzgi Dram Teatrı ilə, Horadizdə Füzuli Dövlət Dram Teatrı, Quzanlıda Ağdam Dövlət Dram Teatrı, Sumqayıtda Sumqayıt Dövlət Dram Teatrı, Gəncədə Gəncə Dövlət Milli Dram Teatrı ilə birgə həyata keçirilib. Layihəyə teatr ilinin sonunda Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə festival keçirməklə yekun vurulacaq.

Müxbir-Ruslan Novruzoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
azertag.az

1Mənbələr