AZ

NBC: İranın vurduğu A-10 təyyarəsi Küveytə qədər uça bilib

BAKI, 4 aprel. TELEQRAF

İran hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu iddia edilən ABŞ-yə məxsus "A-10 Thunderbolt II" təyyarəsi qəzaya qədər Küveyt hava məkanına çata bilib.

Teleqraf "NBC News"a istinadən bildirilir ki, təyyarə əvvəlcə axtarış-xilasetmə əməliyyatını dəstəkləmək üçün göndərilib.

Məlumata görə, İranın hava hücumundan müdafiə vasitələrinin zərbəsindən sonra təyyarə zədələnib, lakin buna baxmayaraq Küveyt hava məkanına qədər uça bilib. Daha sonra pilot katapult edərək xilas olub, təyyarə isə qəzaya uğrayıb. Pilotun təhlükəsiz olduğu bildirilir.

Qeyd olunur ki, həmin əməliyyat "F-15E Strike Eagle" qırıcısının vurulmasından sonra həyata keçirilən axtarış tədbirləri çərçivəsində aparılıb.

Bundan əlavə, məlumatda qeyd olunur ki, İran tərəfi axtarış əməliyyatında iştirak edən ABŞ-yə məxsus "UH-60 Black Hawk" tipli iki helikopterə də zərbə endirib. Hadisə nəticəsində hərbçilərin yüngül xəsarət aldığı bildirilir.

Seçilən
71
teleqraf.com

1Mənbələr