AZ

F-15-i axtaran ABŞ helikopterləri atəşə tutuldu

İran tərəfi ABŞ-a məxsus helikopterləri atəşə tutub.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 Eagle qırıcısının axtarış əməliyyatına cəlb olunan iki helikopter İran hərbçiləri tərəfindən atəşə tutulub.

Qeyd edək ki, daha öncə ABŞ-a məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsinin Fars körfəzi yaxınlığında qəzaya uğradığı barədə məlumatlar yayılmışdı.

ABŞ Prezidenti Donald Tramp isə Amerika qırıcısının vurulmasını şərh edərkən bu insidentin Vaşinqton və Tehran arasında danışıqlara təsir etməyəcəyini söyləyib.

Seçilən
55
publika.az

1Mənbələr