AZ

ABŞ Yaxın Şərqdəki hərbi bazalarından birində genişmiqyaslı təxliyə həyata keçirib

BAKI, 4 aprel. TELEQRAF

ABŞ Yaxın Şərqdəki hərbi bazalarından birində genişmiqyaslı təxliyə həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin NPR radiosu məlumat yayıb.

Məlumata görə, Bəhreyndə yerləşən və ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının qərargahının yerləşdiyi bazadan təxminən 1,5 min hərbçi və onların ailə üzvləri təxliyə olunub.

Qeyd olunur ki, İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi zərbələrdən sonra yüzlərlə dənizçi ABŞ ərazisinə geri qaytarılıb. Eyni zamanda, regiondakı digər ABŞ bazalarından da təxliyələrin aparıldığı bildirilir, lakin detalları açıqlanmır.

Məlumata əsasən, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına qədər sözügedən bazada təxminən 8 min nəfər xidmət edirdi.

Pentaqon isə hələlik bu məlumatları rəsmi şəkildə təsdiqləməyib.

Seçilən
52
1
teleqraf.com

1Mənbələr