AZ

SDU tələbələrinin layihəsi maraq doğurub

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin Peşə Təhsili Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində bu ilin ilk "Bootcamp" proqramı təqdim olunub. 

Tədbirdə ölkənin 20-yə yaxın ali təhsil müəssisəsi, Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzindən 40 startapçı iştirak edib. Proqram çərçivəsində iştirakçılara Akselerasiya və İnkubasiya mərkəzləri, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən təqdimatlar keçirilib. Eyni zamanda Cəlilabadda yerləşən müasir təsərrüfat və müəssisələrə infoturlar təşkil edilib, proqram iştirakçılarına kənd təsərrüfatında innovativ həllərin real mühitdə öyrənilməsi, texnoloji yeniliklərlə yerində tanışlıq və təcrübə qazanmaq imkanı yaradılıb. 

Bu mötəbər startap sərgisində Sumqayıt Dövlət Universitetinin (SDU)  İnnovasiya Yaradıcılıq Mərkəzinin startapçıları, Mühəndislik fakültəsinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 2-ci kurs tələbələri Rəşid Bağırov və Aydın Əhmədov  iştirak ediblər. Sərgidə təqdim edilən "Kanal suyunu təmizləyən mobil qurğu" layihəsinin konstruksiyası və proqram vasitəsi sərgidə böyük marağa səbəb olub.  SDU-nun tələbələri layihəni izah edərkən nümayəndələri maraqlandıran suallara  cavab veriblər.

Akif ƏLİYEV,

"Azərbaycan"

Seçilən
21
azerbaijan-news.az

1Mənbələr