AZ

İran Baş Qərargahı xəbərdarlıq yaydı: ABŞ bunu edəcəksə…

ABŞ-ın İrandakı körpüləri və elektrik stansiyalarını məhv etmək təhdidləri yerinə yetirilərsə, İran ordusu Təl-Əvivə daha güclü zərbələr endirəcək.

NOCOMMENT.az xəvər verir ki, bu xəbərdarlıqla İran Silahlı Qüvvələrinin Baş Qərargahı xüsusi açıqlamasında çıxış edib: “Əgər ABŞ prezidentinin İran körpülərini, elektrik stansiyalarını və enerji infrastrukturunu məhv etmək təhdidləri yerinə yetirilərsə, İran silahlı qüvvələri ABŞ və İsrailin yanacaq-enerji obyektlərinə, iqtisadi mərkəzlərinə və elektrik stansiyalarına hücumlarla yanaşı, paytaxtın(Tel-Əviv-red.) daha vacib və geniş hissələrinə, eləcə də bölgədəki ev sahibi ölkələrə və Amerika müttəfiqlərinə daha ciddi zərbələr endirəcək”.

İran ordusu həmçinin bildirib ki, “ABŞ hərbi bazalarını yerləşdirən dövlətlər zərərdən qaçmaq istəyirlərsə, amerikalıları ərazilərini tərk etməyə məcbur etməlidirlər”.\\Musavat.com

Seçilən
1
2
nocomment.az

6Mənbələr