AZ

İranın səfiri: Yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir

İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu göstərdiyi həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib.

Far.Az "Report"a istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Səfir bildirib ki, sayca 3-cü yardım karvanı bu gün İrana yola salınıb:

"Bu yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir. İranın hərbi hücuma məruz qaldığı bir dövrdə bu cür dəstək bizim üçün çox önəmlidir. Azərbaycan İrana humanitar yardım göndərən ilk dövlətdir".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Seçilən
23
50
far.az

10Mənbələr