AZ

İran İsrailin Ben-Qurion hava limanına hücum edib

İran silahlı qüvvələri İsrailin Ben-Qurion hava limanına hücum edib.

“İki sahil” İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən xəbər verir ki, irimiqyaslı hücum bu gün səhər saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilib.

Bildirilib ki, yeni idarəedilmə qülləsi, 1 və 2-ci terminallardakı idarəedilmə qüllələri, naviqasiya sistemləri, eləcə də hava limanının daxilindəki antenlər və radarlar hücuma məruz qalıb.

SEPAH bəyan edib ki, hücum düşmənin hava hərəkətini idarəetmə sisteminin pozulmasına, hava əməliyyatlarının dayandırılmasına, hədəfəalmanın pozulmasına, eləcə də müşahidə və radioelektron mübarizə sistemlərinin sıradan çıxarılmasına yönəlib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Seçilən
6
50
ikisahil.az

10Mənbələr