AZ

İran 5-ci nəsil qırıcı təyyarələri vura bilir – HHM Qərargahının komandanı

Bakı. Trend:

İran artıq 4 və 5-ci nəsil qırıcı təyyarələri vura bilir.

Trend-inməlumatına görə, bunu İranın Hava Hücumundan Müdafiə (HHM) BirgəQərargahının komandanı general-leytenant Əlirza Elhami yerlimediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın HHM sistemləri müasir pilotsuz uçuşaparatlarını (PUA) da yeni yerli texnikalar vasitəsi ilə vurur.

Elhami deyib ki, 28 fevraldan etibarən İran ərazisində 160-dançox PUA vurulub. Bu PUA-lara “MQ9”, “Hermes”, “Lucas” və s.daxildir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Seçilən
50
16
az.trend.az

10Mənbələr