AZ

Evi sökülən vətəndaşların nəzərinə: 5 ekspert AQC yanında xüsusi komissiya yaradır



Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) paytaxt Bakıda həyata keçirilən söküntü işləri, vətəndaşların mülkiyyət hüquqlarının qorunması və kompensasiyaların düzgün təyin edilməsi məsələlərinə həsr olunmuş geniş tərkibli işçi görüşü keçirilib.
Görüşdə AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc, sədrin müşaviri, iqtisadçı ekspert Asif İbrahimov, AQC-nin koordinatoru, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev, "Opera Group" MMC-nin rəhbəri, iqtisadçı ekspert Firdovsi Xəlilov və "Kensigton" MMC-nin rəhbəri, tikinti eksperti Əşrəf Şıxəliyev iştirak ediblər.

Newscenter.az xəbər verir ki, nüzakirələrin əsas məqsədi söküntü prosesində vətəndaşların qarşılaşdığı çətinliklərin aradan qaldırılması və bu sahədə peşəkar qiymətləndirmə standartlarının tətbiqi təşkil edib. İclasda qərara alınıb ki, söküntü zonalarında mülkiyyəti olan şəxslərin hüquqlarının müdafiəsi, onların problemlərinin operativ şəkildə araşdırılması və həlli məqsədilə xüsusi Komissiya yaradılsın.

AQC İdarə Heyətinin sədri Vüqar Oruc cari ilin ölkəmizdə şəhərsalma proseslərinin intensivləşdiyi bir dövr olduğunu vurğulayaraq, əsas məqsədin söküntü işlərinin mövcud qanunvericilik çərçivəsində, düzgün və şəffaf şəkildə aparılması olduğunu bildirib. Qeyd olunub ki, vətəndaşlara ödəniləcək kompensasiyalar real bazar qiymətlərinə və beynəlxalq qiymətləndirmə standartlarına uyğun hesablanmalıdır. Eyni zamanda evi sökülən sakinlərin narazılıqlarının minimuma endirilməsi üçün müstəqil qiymətləndirmə rəylərinin əhəmiyyəti artırılmalıdır. Söküntü prosesində iştirak edən tərəflər arasında obyektivliyin təmin olunması üçün AQC-nin ekspert potensialından maksimum istifadə ediləcək.

Görüşdə iştirak edən ekspertlər söküntü işlərinin praktiki tərəfləri və sahə üzrə yaranan boşluqlar barədə təkliflərini səsləndiriblər. Yaradılacaq komissiyanın həm dövlət qurumları, həm də vətəndaşlar üçün etibarlı bir platforma rolunu oynayacağı qeyd edilib.

Süleyman
Seçilən
14
6
newscenter.az

7Mənbələr