AZ

Müctəba Dəmirçilu humanitar yardıma görə Azərbaycana təşəkkür etdi

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu göstərdiyi həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Səfir bildirib ki, sayca 3-cü yardım karvanı bu gün İrana yola salınıb:

"Bu yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir. İranın hərbi hücuma məruz qaldığı bir dövrdə bu cür dəstək bizim üçün çox önəmlidir. Azərbaycan İrana humanitar yardım göndərən ilk dövlətdir".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınıb.

Humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Bunun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır. Humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın sabiq Ali Rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
48
oxu.az

10Mənbələr