AZ

Azərbaycan manatının dövretmə sürəti azaldı

Bu il martın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,83 bənd təşkil edib.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb Bu, aylıq müqayisədə 0,01 bənd, ilin əvvəli ilə müqayisədə 0,37 bənd, ötən il martın 1-nə nisbətən isə 0,4 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Seçilən
3
4
metbuat.az

5Mənbələr