AZ

İşğaldan azad edilmiş ərazilərdə mina partlayışlarında ölənlərin sayı açıqlandı

Bakı.TurkicWorld:

2020-ci ilin noyabr ayından cari ilin 4 aprel tarixinədək 259 mina partlayışı nəticəsində 72 nəfər həlak olub, 349 nəfər xəsarət alıb.

Bu barədə TurkicWorld-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən qurumlar tərəfindən aparılan intensiv işlər nəticəsində 261 551 hektar ərazi təmizlənib, 246 463 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

İcra edilən minatəmizləmə əməliyyatları ilə yanaşı vətəndaşların mina təhlükəsindən qorunması məqsədilə mina və digər partlayıcı sursat təhlükəsi yüksək olan ərazilər konservasiya edilərək müvəqqəti olaraq çəpərlənir.

Seçilən
0
4
turkic.world

7Mənbələr