Azərbaycanda doğulan körpələrin sayında azalma olduğu açıqlanıb. Belə ki, 2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 95 875 doğulan körpə qeydə alınıb və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb.
Bu statistika müzakirələrə səbəb olub. Əksəriyyət bu vəziyyəti ailələrin sosial durumu ilə, bəziləri isə gənclərin valideyn olmaq kimi məsuliyyətli işi üzərlərinə götürmək istəməmələri ilə əlaqələndirir.
Bəs paytaxt sakinləri necə düşünür? Hazırki dövrdə bir ailə üçün ideal uşaq sayı neçədir?
Bizim.Media mövzuyla bağlı sakinlər arasında sorğu keçirib.
Ətraflı videosujetdə:
Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media