AZ

Marko Yankoviç: “Finala fokuslanmışıq”

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Belə matçlarda öncədən proqnoz vermək olmur. Əlbəttə, məqsəd finaldır. Azərbaycan Kubokunu qazanmaq istəyirik. Şübhəsiz, bunun üçün əlimizdən gələni edəcəyik”.

Bu sözləri “Qarabağ”ın monteneqrolu futbolçusu Marko Yankoviç deyib.

31 yaşlı yarımmüdafiəçi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah”la 2:2 hesablı heç-heçəni şərh edib.

“Maraqlı matç alındı. Belə atmosferdə oynamaq xoş təəssürat yaradır. Azarkeşlərin çoxluğu bizi daha da sevindirdi. Nəticə barədə konkret nəsə demək istəmirəm. Onlara qarşı müxtəlif turnirlərdə – həm Premyer Liqada, həm də kubokda oynamışıq. Yaxşı heyətə malikdirlər. Biz rəqibi yaxşı təhlil etmişdik, eyni zamanda “Sabah” da oyuna ciddi hazırlaşmışdı. Onlar hər matça xüsusi istəklə çıxırlar. Bu futboldur – bəzən qalib gələrsən, bəzən uduzarsan. Bu oyunu analiz edib növbəti matça daha yaxşı hazırlaşmağa çalışacağıq. İkinci oyuna köklənməliyik. Qarşıda bizi 90 dəqiqə gözləyir, heç nə bitməyib. İndidən nəticə ilə bağlı danışmaq çətindir. Belə rəqibə qarşı oynamaq çətindir. “Sabah” yüksək keyfiyyətlərə malik komandadır. Cavab matçına hazır olmalıyıq. Yalnız qələbə qazanıb final oynamağa fokuslanmışıq”, - deyə o, teleqraf.az-a açıqlamasında deyib.

Yankoviç hakimliklə bağlı danışmaq istəməyib:

“Bu barədə danışmaq istəmirəm. Komanda olaraq belə məsələlərə fokuslanmırıq. Bu, bizi maraqlandırmır. Məqsədimiz aydındır -finala yüksəlmək və kuboku qazanmaqdır”.

Qeyd edək ki, “Qarabağ” və “Sabah” arasında cavab qarşılaşması aprelin 22-də “Bank Respublika Arena”da keçiriləcək.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
icma.az

2Mənbələr