AZ

İsrail və ABŞ ın bombaladığı Kərəclə Tehranı birləşdirən körpünün GÖRÜNTÜLƏRİ

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ABŞ və İsrail qüvvələri İranın Kərəc şəhərində tikilməkdə olan iri körpüyə zərbə endirib.

APA-nın Tehran bürosunun əməkdaşı hadisə yerində olub.

Zərbələr nəticəsində körpünün giriş və orta hissəsinin zədələndiyi, istifadəyə yararsız hala düşdüyü görünür.

İki dəfə hədəf alınan körpü daha əvvəl tam işlək vəziyyətdə olmayıb.

Bu körpü B1 körpüsü kimi tanınır, enerji və logistik baxımından Kərəci Tehrana və Qəzvinə bağlayır.

Uzunluğu təxminən bir kilometr, hündürlüyü 136 metrdir.

Bu layihənin icrasına 10 il öncə başlanılıb, açılış ərəfəsində hücuma məruz qaldığı bildirilir. Son yayılan rəsmi məlumata görə, bu hücum nəticəsində 13 nəfərin öldüyü qeyd olunub.

Rəsmi Tehran körpüyə hücumu pisləyib, mülki infrastruktura zərbə endirilməsini qəbuledilməz adlandırıb.

Haşim Rahimi

https://t.me/apa_az/117128

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
apa.az

2Mənbələr