Türkiyənin paytaxtı Ankarada marşrut avtobusunun piyada keçidinə çırpılması nəticəsində ölənlərin sayı 5-ə çatıb.
"Far.Az" "Haber Global"a istinadən xəbər verir ki, xəsarət alanların sayı 15-ə yüksəlib.
Türkiyənin paytaxtı Ankarada marşrut avtobusu piyada keçidinə çırpılıb.
"Far.Az" NTV-yə istinadən xəbər verir ki, hadisə Kahramankazan rayonunda baş verib.
Qəza nəticəsində, ilkin məlumata görə, dörd nəfər həyatını itirib. Daha 13 nəfər xəsarət alıb.