Bakı. Trend:
PSV-nin futbolçusu Esmir Bayraktareviç karyerasını İtaliya ASeriyasında davam etdirə bilər.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, "Milan" bosniya və herseqovinalıvingerin xidmətində maraqlıdır.
"Rossoneri" Bayraktareviçi bir neçə aydır yaxından izləyir. ASeriyası nəhəngi yayda 21 yaşlı oyunçu üçün hərəkətə keçməyiplanlaşdırır.
Qeyd edək ki, PSV Esmir Bayraktareviçi 2025-ci ilin yanvarındaABŞ-nin "Nyu-İnqlend Revolyuşn" klubundan 3 milyon avroya transferedib. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm Eyndhoventəmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 5 qol və 2məhsuldar ötürmə ilə yadda qalıb.