AZ

BMT-də Hürmüz böhranı: Rusiya, Çin və Fransa hərbi müdaxiləyə qarşı çıxdı

ABŞ və İsrailin hücumları ilə başlayan İran müharibəsinin üzərindən bir ay keçərkən, Tehrana qarşı mümkün quru əməliyyatları ilə bağlı iddialar gündəmdə qalır.

“The New York Times” qəzetinin məlumatına görə, BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Bəhreynin Körfəz ölkələri ilə birlikdə hazırladığı və Hürmüz boğazının yenidən açılması üçün İrana qarşı hərbi əməliyyatlara icazə verilməsini nəzərdə tutan qətnamə layihəsinə Rusiya, Çin və Fransa etiraz edib.

Bu ölkələr sənəddə “güc tətbiqinə icazə verən istənilən ifadəyə qarşı olduqlarını” açıq şəkildə bəyan ediblər. Qətnamə layihəsi dünən səsverməyə çıxarılsa da, ciddi fikir ayrılıqları müşahidə olunub.

Diplomatların sözlərinə görə, Şuranın 10 qeyri-daimi üzvü arasında da sənəd ətrafında razılıq əldə olunmayıb. Layihə artıq həftələrlə davam edən qapalı müzakirələrdən sonra dördüncü dəfə yenidən işlənir.

Müzakirələrə səbəb olan əsas məqam isə sənəddə yer alan və üzv dövlətlərə Hürmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün “bütün zəruri vasitələrdən istifadə etmək” səlahiyyətinin verilməsidir.

Bəhreynin xarici işlər naziri Əbdüllətif əl-Zəyani çıxışında İranı qonşularına qarşı “planlı və düşməncəsinə addımlar atmaqda” ittiham edib. Onun sözlərinə görə, Tehran hava limanları, su obyektləri, limanlar və otellər kimi mülki infrastrukturu hədəf alır.

Fransa Prezidenti Emmanuel Makron isə ABŞ Prezidenti Donald Trampın Hürmüz boğazının güc yolu ilə açılması çağırışını qeyri-real adlandırıb. Makron bildirib ki, belə addım həm çox vaxt aparacaq, həm də bölgədə ciddi təhlükələr yaradacaq:

Seçilən
8
12
aznews.az

10Mənbələr