AZ

İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib

İranın yarı rəsmi xəbər agentliyi "Fars News Agency"ə danışan bir rəsmi Tehranın ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd etdiyini bildirib.

Rəsmi bildirib ki, ABŞ üçüncü bir ölkə vasitəsilə “İrana 48 saatlıq müvəqqəti atəşkəs təklifi irəli sürüb”. Rəsmiyə görə, təklif adı açıqlanmayan bir ölkə vasitəsilə çərşənbə günü çatdırılıb.

Fars Xəbər Agentliyi qeyd edib ki, atəşkəs təklifi ABŞ-ın bölgədə qarşılaşdığı ciddi problemlərdən sonra gündəmə gəlib. İranın isə atəşkəs təklifinə hücumlarını davam etdirərək cavab verdiyi vurğulanıb.

Seçilən
13
34
marja.az

10Mənbələr