AZ

İrana göndərilən humanitar yardım sərhəddən keçdi

ain.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən aprelin 4-də 10 yük avtomobili (TIR) vasitəsilə Bakıdan yola salınan növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən İran İslam Respublikasına keçib.

Modern.az xəbər verir ki, ümumi həcmi 200 ton olan humanitar yardıma 190 ton ərzaq və qida məhsulları, 7 ton dərman vasitələri və 3 ton tibbi ləvazimatlar daxildir.

Qeyd edək ki, yardım prezidentlər İlham Əliyev və Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq həyata keçirilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
50
modern.az

10Mənbələr