AZ

Trampın NATO təhdidində fiasko: Liderlər hərəkətə keçdi – Türkiyə detalı

ABŞ Prezidenti Donald Trampın NATO-dakı müttəfiqlərinin İranla müharibədə Vaşinqtona dəstək verməmələrinə görə qəzəbi Alyans üzvlərinin ona qarşı birləşməsinə səbəb olub.

Brüssel və digər şəhərlərdə keçirilən qeyri-rəsmi görüşlərdə, şam yeməklərində və kulislərdə Avropa liderləri və hökumət rəsmiləri Trampın NATO-dan çıxmaq təhdidlərinə necə reaksiya verəcəklərini və bu təhdidlər reallaşarsa, necə yol izləyəcəklərini müzakirə edirlər.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, son zamanlar Vaşinqtonun Alyansdan çıxması məsələsi ciddi müzakirə olunur:

“Tramp ölkəsinin NATO-dan çıxması imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edib. O, bunu Alyansın zəifləməsi ilə əlaqələndirib.

Doğrudur, Alyans son zamanlar nüfuzunu itirib. İttifaq dünyada baş verən fərqli hadisələrə, həmçinin davam edən müharibələrə adekvat münasibət sərgiləyə bilmir. Üstəlik, üvz dövlətlər arasında müxtəlif gərginliklərə dair ziddiyyətlər NATO-nun parçalanmasına şərait yaradır.

ABŞ-da Donald Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra çox ciddi qlobal proseslər müşahidə olundu: Vaşinqtonun Ukraynaya dəstəyi azaldı, Avropa ilə gərginlik yarandı, kollektiv Qərb faktiki parçalandı və İranla müharibə başlandı. Bu gün ABŞ-ın bir çox addımı nə Avropa müttəfiqlərinin, nə də Türkiyənin ürəyincədir.

kenan
Kənan Novruzov

Siyasi şərhçi bildirib ki, ABŞ Alyansın ən güclü və aparıcı üzvüdür:

“Yəni təşkilat və rəsmi Vaşinqton bir-birilərinə qarşılıqlı olaraq töhfə verirlər.

Trampın ölkəsini Alyansdan çıxarmaq barədə fikirləri hər şeydən əvvəl onu göstərir ki, o, müttəfiqlərlə ziddiyyətləri başa düşür. Tramp anlayır ki, ABŞ təşkilatdan çıxarsa, daha müstəqil və inamlı hərəkət edə bilər. Bu, həm də Vaşinqtonun özünə arxayın olmasının göstəricisidir.

Təbii ki, ABŞ-ın Alyansdan çıxması kifayət qədər ciddi və riskli addımdır. Bu, beynəlxalq təhlükəsizlik arxitekturasına, habelə qlobal güc balansına ciddi təsir edə bilər. Bir sözlə, ideyanın Ağ Ev daxilində ciddi müzakirələrə səbəb olması anlaşılandır.

Yəqin ki, Tramp ən azından yaxın gələcəkdə müvafiq qərarı verməyəcək. Bu, onun onsuz da azalan reytinqinə bir az da mənfi təsir göstərə bilər. Əlbəttə, mümkün təzyiq və qınaqlar Trampı çəkindirir, buna görə də tələsməyəcək. Tədricən ABŞ-ın NATO-nun işlərində passiv iştirak etməsi mümkündür. Lakin o, ölkəsini Alyansdan çıxarmadan əvvəl komandasının və xalqın dəstəyini qazanmalı, həmçinin müttəfiqlərin “nəbzini yoxlamalı”, mümkün riskləri nəzərə almalıdır”.

Seçilən
12
50
editor.az

10Mənbələr