PSJ-nin sağ cinah müdafiəçisi Əşrəf Hakimi Fransaya köçdükdən sonrakı ilk mövsümlərini xatırladıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmin zamanların çətin keçdiyini söyləyib:
PSJ-dəki ilk mövsümüm mənim üçün çətin keçdi. Neymar və Kilian Mbappe ilə oynayacağımı bilirdim, amma Lionel Messinin gələcəyini bilmirdim.
Təbii ki, Messi gələndə komandanın oyun tərzi dəyişdi. O, hücumda oynadığı üçün artıq mənə öyrəşdiyim kimi hücum etməyə icazə verilmədi.
Müdafiədə qalmalı idim və özümü kiçik oyunçu kimi hiss edirdim”.
Mərakeşli futbolçu 2021-ci ilin yayında “İnter”dən PSJ-yə keçib.