AZ

İranın 30-dan çox universiteti hücuma məruz qalıb – Nazir

Bakı. Trend:

28 fevraldan bəri İranda 30-dan çox universitet ABŞ və İsrailinhərbi hava hücumlarına məruz qalıb.

Trend-inməlumatına görə, bunu İranın elm, tədqiqat və texnologiya naziriHüseyn Simayi Sərraf bu gün jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın qeyri-hərbi, təhsil və tədqiqatlaəlaqədar obyektləri hücumlara məruz qalmaqdadır. İranda hazırdamilyonlarla məktəbli və tələbə təhsildən məhrum olub.

İranlı nazir qeyd edib ki, indiyə qədər 60-dan çox tələbə hərbihava hücumları nəticəsində ölüb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Seçilən
25
3
az.trend.az

10Mənbələr