İsrail Müdafiə Ordusu "Əl-Qüds" qüvvələrinin Livan korpusuna hücum edərək növbəti zərbə dalğasını başa çatdırıb.
Redaktor.az ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, İsrail təşkilatın infrastrukturuna, xüsusən də "Əl-Qüds"ün qərargahlarına silsilə zərbələr endirib.
"Livan korpusu "Hizbullah" və İran arasında əlaqələndirici halqa, eləcə də "Hizbullah"ın hakimiyyətinin artırılmasını və möhkəmləndirilməsini dəstəkləyən mexanizm rolunu oynayır", - bəyanatda bildirilib.
İsrail ordusu əlavə edib ki, "İslami Cihad" təşkilatının "Hizbullah"la əlaqələndirmə və İsrailə qarşı əməliyyatların planlaşdırılması üçün istifadə olunan iki mövqeyinə də zərbələr endirilib.