İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə dron zərbəsi endirib.
Bu barədə İranın dövlət mediası İslam İnqilabı Keşikçiləri Dəniz Qüvvələri komandanlığına istinadən məlumat yayıb.
Qeyd edilib ki, Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə pilotsuz təyyarə zərbə endirilib və nəticədə gəmidə böyük yanğın baş verib.
Bildirilib ki, strateji su yolunda toqquşmadan sonra gəmi alovlanıb.