AZ

Hallivudun ən yaxşı öpüşən kişisi odur

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

Hollivud ulduzu Şeron Stoun açıqlaması ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, 68 yaşlı aktrisa gözlənilmədən Robert De Nironu karyerasının ən yaxşı öpüşən partnyoru adlandırıb. 

"O (De Niro) mənə 50 dollar verdi və ona baxıb dedim: "Doğrudanmı? Düşünürəm ki, tualet 50 dollardan bir az baha başa gəlir". O, mənə baxdı, cibinə əl atdı və yüz dollar verdi. Sonra əyilib onu öpdüm və o, məni sadəcə valeh etdi" deyə Stoun Endi Kohenin canlı yayımında danışarkən bildirib.

Aktrisanın xatirəsi Martin Skorsezenin "Kazino" adlı kult cinayət dramı üzərindəki işi ilə bağlı olub. Filmdə Stoun və De Niro sevgililəri canlandırıblar. Aktrisa etiraf edib ki, De Niro ilə işləmək onun çoxdankı arzusu olub. O, De Niro ilə bir neçə dəfə layihələrdə rollar üçün kastinqlərdə iştirak etdiyini söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
50
axsam.az

10Mənbələr