AZ

İran ABŞ-nin mövqelərini atəşə tutub – SEPAH

Bakı. Trend:

ABŞ ordusunun Küveytin Bubian adasındakı “Himars” sistemi vəBəhreynin şimalındakı "Patriot" sistemi atəşə tutulub.

Trend-inməlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu(SEPAH) açıqlama yayıb.

Bildirilib ki, bu gün səhərdən etibarən “Doğru Vəd 4”əməliyyatının 95-ci mərhələsində eyni zamanda ABŞ ordusununBƏƏ-dəki toplaşdığı məkanlar və ABŞ-nin BƏƏ-dəki Oracle süniintellekt texnologiya şirkəti atəşə tutulub.

SEPAH-ın məlumatına görə, Bəhreynin Xəlifə Bin Salman limanındaüçüncü ölkənin bayrağı altında üzən və İsrailin mülkiyyətində olan“MCS ISHIKA” gəmisi atəşə tutulub. Həmçinin İsraildə bir sıraməkanlar çoxbaşlıqlı raketlərlə atəşə tutulub.

SEPAH hücumların davam etdiyini bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Seçilən
13
15
az.trend.az

10Mənbələr