AZ

Azərbaycan Belarusdan ketçup idxalını 18 dəfə artırıb

Bu ilin yanvar ayında Azərbaycan 312,2 min ABŞ dolları dəyərində 206 ton ketçup idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 10 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 87,7 min ABŞ dolları dəyərində (1 il əvvəlkindən 25 % az) 62 ton (-31 %), Qazaxıstandan 75 min ABŞ dolları dəyərində (+44 %) 61 ton (+53 %), Türkiyədən 63 min ABŞ dolları dəyərində (-45 %) 38 ton (-46 %), Almaniyadan 56 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 24 ton (+2,2 dəfə), Belarusdan 10,3 min ABŞ dolları dəyərində (+15 dəfə) 7,4 ton (+18 dəfə) məhsul alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 3 min 723 ton ketçupun 44 %-i Rusiyanın, 23 %-i Türkiyənin payına düşüb.

Seçilən
14
29
far.az

10Mənbələr