AZ

Humanitar minatəmizləmə fəaliyyətinə yardımın gücləndirilməsinə çağırırıq-RƏSMİ

"4 aprel - Mina Təhlükəsi və Minatəmizləmə Fəaliyyətinə Dəstək üzrə Beynəlxalq Gün münasibətilə Azərbaycan minaların yaratdığı ağır humanitar təsirlərin aradan qaldırılmasına sadiqliyini bir daha təsdiqləyir".

Xəbər verilir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) "X" hesabında paylaşım edib.

"Azərbaycanda minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmaqda davam edir, bərpa işlərini ləngidir və məcburi köçkünlərin təhlükəsiz qayıdışına mane olur. Azərbaycan mina çirklənməsindən ən çox təsirlənən ölkələr arasında qalır. Biz beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə fəaliyyətlərinə və zərərçəkənlərə yardımın gücləndirilməsinə çağırırıq. Minalardan azad gələcək dayanıqlı sülh, inkişaf və insan təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır", - deyə paylaşımda qeyd olunub.




Seçilən
3
12
azia.az

10Mənbələr