AZ

Gevork Papoyan: Azərbaycan Ermənistandan folqa idxalı üçün müraciət edib və qiymət təklifi istəyib

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan Azərbaycandan benzin və dizel yanacağı idxal edir.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Vətəndaş Müqaviləsi Partiyasının fövqəladə qurultayından əvvəl keçirilən brifinqdə bildirib.

"Məsələn, bir supermarket şəbəkəsi olan "Nor Zovk" Azərbaycan vasitəsilə ağ irmik idxal etmək üçün müraciət edib. Digəri Rusiya kömürünün idxalı üçün müraciət edib. Taxıl, gübrə də idxal edilir. Bu, çox yaygın bir hal alıb".

Ermənistanın Azərbaycana ixrac edə biləcəyi hər hansı bir məhsulun olub-olmadığı barədə jurnalistlərin sualına isə Papoyan müsbət cavab verib:

"Belə məhsullar var. Konkret folqa idxalı üçün konkret sorğu var. Azərbaycan folqa üçün konkret qiymət istəyib və istehsalçımız bunu təmin edib. Lakin hələ cavab almamışıq", - nazir bildirib./teleqraf

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
32
icma.az

10Mənbələr