
Martın 1-nə bankların depozit portfeli 41 milyard 345,5 milyon manat təşkil edib.Ulusum.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, depozit portfelinin 47,6 faizi, yaxud 19 milyard 673,8 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 10,4 faiz azdır.İl ərzində ev təsərrüfatlarının əmanətləri 16 faiz artaraq 17 milyard 209,3 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 23,1 faiz artaraq 4 milyard 462,5 milyon manata çatıb.Hesabat dövründə cəmi depozitlərin 21 milyard 942,2 milyon manatı (1 il əvvələ nisbətən 7,9 faiz az) qısamüddətli, 19 milyard 403,3 milyon manatı (17 faiz çox) isə uzunmüddətli olub.
Diqqət Çəkənlər
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Şübhəli bilinən 51 nəfər saxlanılıb
5 ölü, 50 yaralı var