AZ

Sumqayıtda zəhərlənən 6 uşaqdan 1-i ÖLDÜ

Sumqayıtda zəhərlənən 6 uşaqdan biri vəfat edib.
 
Sitat.info xəbər verir ki, Xəzri bağlarında baş verən hadisədən sonra 2 yaşlı Gülcənnətin həyatını xilas etmək olmayıb.
 
Digərlərinin müalicəsi davam edir.
 
Qeyd edək ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunmaq üçün hamam otağına daxil olublar. Bu zaman dəm qazından zəhərləniblər.
 
Onlar xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsindən sonra vəziyyətləri stabilləşib. 6 uşaqdan ikisinin müalicəsinin xəstəxanada davam etdirilməsi tövsiyə olunsa da, valideynlər onları da evə aparıblar. Daha sonra uşaqların vəziyyəti pisləşdiyindən yenidən xəstəxanaya müarciət ediblər. (Qafqazinfo)
Seçilən
23
2
sitat.info

10Mənbələr