AZ

Dəm qazından zəhərlənən uşaqlardan biri vəfat edibVİDEO

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan biri həyatını itirib.

Xezerxeber.az-ın məlumatına görə, uşaqların atası Kamil Cəbrayılov deyib ki, müalicədən sonra övladlarının vəziyyətini qənaətbəxş hesab etdiyi üçün öz istəyi ilə onları xəstəxanadan evə aparıb.

O, gecə ərzində hər hansı ciddi problem müşahidə etmədiyini düşünüb. Ancaq səhər saatlarında uşaqların yenidən halsızlaşaraq yerə yıxıldığını görüb. Daha sonra ailə üçün ən ağır xəbər gəlib. Ata bildirib ki, səhər saatlarında 2 yaşlı qızı Gülcənnət Cəbrayılova həyatını itirib.

Hadisə ilə bağlı danışan qonşu, uşaqlara ilk tibbi yardım göstərən Əlvanə Şeydabayeva isə fərqli məqamlara diqqət çəkib. Onun sözlərinə görə, uşaqlar evə qayıtdıqdan sonra azyaşlı qızın alnında iz olub. Qadın həmçinin uşağın qızdırmalı olduğunu gördüyünü və bu barədə anasına məlumat verdiyini bildirib.

Sumqayıt Tibb Mərkəzdən “Xəzər Xəbər”ə bildirilib ki, Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Azyaşlı 01.04.2026-cı il tarixində saat 18:10 radələrində dəm qazı zəhərlənməsi səbəbilə reanimasiya şöbəsinə yerləşdirilmiş və yaxınlarının yazılı iltizamına əsasən 02.04.2026-cı il tarixində evə buraxılmışdı. Digər 5 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində hazırda davam etdirilir, vəziyyətləri stabildir.

Faktla bağlı araşdırmaların aparıldığı bildirilir.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
21
10
xezerxeber.az

10Mənbələr