AZ

İran Hörmüz boğazından istifadə edənləri 3 kateqoriyaya BÖLDÜ

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi sistemini hazırlayıb və bütün dövlətləri "neytral", "dost" və "düşmən" kateqoriyalarına bölüb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat verib.

Məlumata görə, sonunculara ("Düşmən" kateqoriyasına aid olanlar - red.) boğazdan keçmək qadağan ediləcək.

Kanal bildirir ki, "dost" kateqoriyasından olan ölkələr Hörmüz boğazından sərbəst şəkildə keçmək hüququ əldə edəcəklər. "Neytral" ölkələr böyük rüsumlar ödəmək məcburiyyətində qalacaqlar.

Qeyd edilir ki, istifadəçi dövlətlər üçün kateqoriyaların tətbiqi boğazın statusunun dəyişdirilməsi deməkdir. İran tərəfi ilk dəfə olaraq Hörmüz boğazından keçən gəmilər üçün ödənişlərin tətbiq olunduğunu martın 20-də elan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
8
redaktor.az

10Mənbələr