Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Öz qapısından rəqib qapısına qol vurdu - Video
"Kasımpaşa"nın qapıçısı Andreas Yanniotis öz qapısından rəqib qapısına qol vuraraq tarixə düşüb.
QOL.az xəbər verir ki, Superliqanın 28-ci turu çərçivəsində keçirilən "Kasımpaşa" - "Kayserispor" matçı meydan sahiblərinin üstünlüyü ilə yadda qalıb. Görüşün 66-cı dəqiqəsində topu oyuna daxil edən yunanıstanlı qapıçı Andreas Yanniotis nadir rast gəlinən hadisəyə imza atıb. Onun uzaq məsafədən vurduğu zərbə rəqib cərimə meydançasına düşərək yerdən sıçrayıb və qapıya daxil olub.
Qeyd edək ki, "Kasımpaşa" - "Kayserispor" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.