Bakı, 4 aprel, AZƏRTAC
Türkiyənin Superliqasının 28-ci turu çərçivəsində keçirilən "Kasımpaşa" – "Kayserispor" oyunu nadir hallarda rast gəlinən qolla yadda qalıb.
AZƏRTAC xəbər verir ki, "Kasımpaşa" komandasının qapıçısı Andreas Gianniotis qapıdan-qapıya qol vurub.
Matçın 66-cı dəqiqəsində öz cərimə meydançasından təxminən bir metr aralıdan uzaq məsafəyə zərbə endirən qapıçının vurduğu top rəqib cərimə meydançasında yerə dəyərək "Kayserispor"un qolkiperi Bilal Bayazitin üzərindən tora daxil olub.
Görüş "Kasımpaşa"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.