Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar Bəhreynin xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani ilə regional vəziyyəti müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Nazirlər bölgədə gərginliyin azaldılmasının zəruriliyini və diplomatiyanın vacibliyini vurğulayıblar.
XİN rəhbərləri Yaxın Şərq və Körfəz bölgəsində sülh və sabitliyin təşviqinə yönəlmiş beş bəndlik Pakistan-Çin təşəbbüsünü dəstəkləyiblər.