AZ

İtaliya millisinin müdafiəçisini izləyib - “Barselona”nın skautları

“Barselona” İtaliyanın “Kalyari” komandasında çıxış edən müdafiəçi Marko Palestra ilə maraqlanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin skautları bir neçə gün əvvəl İtaliyaya səfər edərək, 21 yaşlı futbolçunun oyununu canlı izləyiblər.

Palestra hazırda “Kalyari”də icarə əsasında çıxış edir və mövsümün sonunda məxsus olduğu “Atalanta”ya qayıdacaq.

İtaliyalı futbolçu bu mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib. O, qısa müddət əvvəl millinin heyətində də debüt edib.

Seçilən
1
50
sportinfo.az

10Mənbələr