AZ

İran: Hörmüz boğazı yaxınlığında İsraillə əlaqəli gəmi vuruldu

İran: Hörmüz boğazı yaxınlığında İsraillə əlaqəli gəmi vuruldu

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı yaxınlığında İsrail ilə əlaqəli bir gəminin kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə vurulduğunu bəyan edib.

AFN.az xəbər verir ki, SEPAH Hərbi Dəniz Qüvvələri Komandanlığının sosial media hesabından verilən açıqlamada "MSC Ishyka" adlı gəmiyə Hörmüz boğazı sahillərində PUA ilə hücum təşkil edildiyi bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, həyata keçirilən hücum nəticəsində gəmidə yanğın başlayıb.

Seçilən
14
50
afn.az

10Mənbələr