AZ

"Gmail" hesablarınız silinə bilər – XƏBƏRDARLIQ

"Google" şirkətinə məxsus olan "Gmail" platforması ilə bağlı mühüm xəbərdarlıq edilib.

Ölkə.az xəbər verir ki, şirkət 2 il ərzində hesablarına daxil olmayan istifadəçilərin hesablarının silinəcəyini açıqlayıb. Bildirilib ki, bu addım təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və istifadəsiz hesabların sistemdən təmizlənməsi məqsədi daşıyır.

Məlumata görə, uzun müddət aktiv olmayan hesablar kibertəhlükələr baxımından daha riskli hesab olunur. Bu səbəbdən "Google" belə hesabların silinməsi qərarını verib.

Qeyd olunub ki, istifadəçilər hesablarının silinməsini istəmirlərsə, ən azı 2 il ərzində bir dəfə hesablarına daxil olmalı, e-poçt göndərməli və ya digər xidmətlərdən istifadə etməlidirlər.

Şirkət həmçinin vurğulayıb ki, silinən hesablarla birlikdə həmin hesablara bağlı bütün məlumatlar - məktublar, şəkillər və fayllar da geri dönməz şəkildə itiriləcək.

İstifadəçilərə tövsiyə olunur ki, vacib məlumatlarını əvvəlcədən ehtiyat nüsxə kimi və hesablarını aktiv vəziyyətdə saxlasınlar.

Həmidə İbrahimova

Seçilən
2
50
olke.az

10Mənbələr