AZ

Bakıda təmiri yarımçıq qalan parklar: Gördüm ki, burada başqa işlər görürlər VİDEO

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakının müxtəlif ərazilərində uzun müddətdir təmir adı ilə bağlanan parkların aqibəti sakinlər arasında narahatlıq yaradıb.

Baku TV-nin məlumatına görə, söhbət, xüsusilə Yeni Günəşli yaşayış massivində yerləşən "Ana və bala" parkı, eləcə də Hövsan qəsəbəsindəki Mədəniyyət evini əhatə edən park ərazisindən gedir.

Bakıda təmiri yarımçıq qalan parklar: "Gördüm ki, burada başqa işlər görürlər" - VİDEO

Sakinlərin sözlərinə görə, Yeni Günəşlidə yerləşən və qarşısında ana-bala heykəli olan park təxminən 15 ilə yaxındır bağlı vəziyyətdədir.

Sakinlərdən biri bildirib ki, ərazidə əvvəl tikili olub, sonradan sökülüb:

"Bu park uzun müddət tikildi. Bir neçə ay əvvəl sökməyə başladılar. Sonra gördüm ki, burada başqa işlər görürlər. Ondan sonra niyə söküldüyünü bilmədim. Abadlıq işlərini görmək icra hakimiyyətinin borcudur, amma hələ ki heç bir iş görülmür".

Hövsan qəsəbəsində yerləşən və Mədəniyyət evini əhatə edən parkın da vəziyyətinin ürəkaçan olmadığı bildirilir.

Sakinlər deyirlər ki, həm park, həm də Mədəniyyət evi uzun illərdir təmir adı ilə bağlı saxlanılır. Sakinlərdən biri qeyd edib ki, əvvəllər burada klub fəaliyyət göstərib:

"Bura klub idi, kinolar göstərirdilər. İndi isə baxan yoxdur. Bir-iki gün gəlib nəsə edirlər, sonra yox olurlar. Bir saat vaxt ayırıb gəlib təmiz hava almaq istəyirik, amma şərait yoxdur".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
33
oxu.az

10Mənbələr