AZ

Ukrayna Ali Radasının komitə sədri “Xəzər Xəbər”ə açıqlama veribVİDEO

Dörd ildən çoxdur davam edən Rusiya- Ukrayna müharibəsində döyüşlər yenidən şiddətlənib.

Xüsusilə insan resurslarına ehtiyacın artdığı fonda, səfərbərlik prosesində insidetəntlərin də sayı artır.

Xezerxeber.az-ın məlumatına görə, Ukrayna Ali Radasının Müdafiə və milli təhlükəsizlik, kəşfiyyat məsələləri üzrə komitəsinin sədri Fedor Venislavski “Xəzər Xəbər”ə eksklüziv müsahibəsində deyib ki, ölkəsi müharibəni texnoloji müstəviyə keçirir və əsas məqsəd işğalçının daha çox itki verməsidir.

O həmçinin əlavə edib ki, ABŞ-nin Ukraynaya Donetsk bölgəsindən qoşunlarını çıxarmaq üçün təzyiq göstərdiyini təsdiqləyən heç bir rəsmi və ya sənədli sübut yoxdur. Əksinə, Ağ Ev nümayəndələrinin açıqlamaları göstərir ki, ABŞ belə bir tələbdə israr etmir.

Fedor Venislavski qeyd edib ki, Ukrayna üçün Donbasdan geri çəkilmək qəbuledilməzdir və bu mövqe həm prezident, həm parlament, həm də cəmiyyət tərəfindən dəstəklənir.

Fars körfəzindəki münaqişədən danışan Venislavski əlavə edib ki, hazırkı vəziyyətdə yüksək neft qiymətləri Rusiyanın gəlirlərini artıraraq onun müharibə imkanlarını gücləndirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
23
2
xezerxeber.az

10Mənbələr